İclas bir toxunuşla başlayır
Microsoft Teams və Zoom otaqları, kabelsiz təqdimat, danışanı izləyən kamera, aydın səs və otaq rezervasiyası — hamısı masadakı bir paneldən. Otağın ölçüsünü seçin və iclası özünüz idarə edin.
Otaq və panel ekranları illüstrasiyadır; real interfeys seçilən avadanlıq və proqramlaşdırmadan asılıdır.
İclas otağı haqqında
Teams və ya Zoom iclas otağı qurmaq üçün nə lazımdır?
Ekran, kamera, mikrofon-dinamik sistemi, otaq kompüteri (Crestron Collab Compute və ya Collab Engine) və masa üstü toxunma paneli. Otağın ölçüsünə görə avadanlığı seçir, quraşdırır və proqramlaşdırırıq.
Noutbukdan ekrana kabelsiz təqdimat mümkündürmü?
Bəli. Crestron AirMedia ilə noutbuk, planşet və telefon ekranı bir toxunuşla otaq ekranına simsiz göndərilir; bir neçə nəfər eyni anda paylaşa bilər.
Kamera danışan şəxsi avtomatik izləyirmi?
Bəli. Crestron 1 Beyond ağıllı kameraları danışanı tanıyır, qrupu kadra salır və bir neçə kamera arasında avtomatik keçid edir.
İclas otağı sistemlərinə servis göstərirsinizmi?
Bəli. Otaqları XiO Cloud və ATENAU-nun 24/7 onlayn izləmə mərkəzi ilə uzaqdan izləyirik; proqram yeniləmələri və texniki xidmət də bizdədir.